Rusiya XİN əsirlərin dəyişdirilməsi təşəbbüsünü dəstəkləyib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN əsirlərin dəyişdirilməsi təşəbbüsünü dəstəkləyib

13:04 - 22 / 11 / 2018
Rusiya XİN əsirlərin dəyişdirilməsi təşəbbüsünü dəstəkləyib

Rusiya Dağlıq Qarabağ probleminin həllinə dair istənilən təşəbbüsü alqışlayacaq. Lakin münaqişə tərəfləri ilk növbədə özləri aralarında razılığa gəlməlidirlər.

1news.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Əsirlərin dəyişdirilməsi məsələsinə də toxunan Zaxarova deyib ki, əsas məqsədə - münaqişənin nizamlanmasına xidmət edən istənilən razılaşmanı Moskva dəstəkləyir.

“Əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsü diqqətəlayiqdir, lakin bunun praktikada həyata keçirilməsi üçün erməni tərəfi ilə razılığa gəlinməlidir.

.O, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ideyasına dəstək verdiklərini bildirib.

Nazirlərin görüşünün dekabr ayında Milanda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutması gözlənilir.

P.Sultanova

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər