Politoloq: “Hayastan” fondunun telemarafonu Paşinyanın hakimiyyəti üçün referendum kimi qəbul edilə bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: “Hayastan” fondunun telemarafonu Paşinyanın hakimiyyəti üçün referendum kimi qəbul edilə bilər

11:34 - 26 / 11 / 2018
Politoloq: “Hayastan” fondunun telemarafonu Paşinyanın hakimiyyəti üçün referendum kimi qəbul edilə bilər

2018-ci ildə “Hayastan” fondunun ənənəvi telemarafonunda yığılan vəsait cəmi 11 milyon dollar oldu. Telemarafon ilk dəfə Paşinyanın hakimiyyəti dövründə keçirildi. Paşinyan xüsusi olaraq müraciət etdi.

Təxminən 25 ildir “Hayastan” fondu hər il telemarafon keçirir və yığılan vəsaitin böyük əksəriyyətini Dağlıq Qarabağa xərcləyir. Son 2-3 ildə yığılan vəsaitin cüzi bir qismi Suriya erməniləri üçün ayrılır.

Uzun müddət “Hayastan” fondunda yığılan pulun miqdarı 15 milyon dollar hüdudlarında olub. Son 5-6 ildə isə bu rəqəm artaraq 22,5 milyon dollar idi.  Ötən il isə “Hayastan” fondunun yığdığı vəsait 12, 5 milyon dollar oldu.

Paşinyanın dövründə bu rəqəm  çox artmalı idi. Amma azaldı.

“Məxməri inqilab”da N.Paşinyanın ətrafında gəzən diasporun tanınmış üzvləri bu telemarafona dəstək vermədilər. Bu da onların N.Paşinyandan üz döndərməsinin əlaməti kimi dəyərləndirilməlidir

Baş verənlərdə çətin başa düşülən bir şey yoxdur. N.Paşinyan Dağlıq Qarabağ siyasətindən erməni xalqı və dünya erməniliyi məyus olub. Paşinyanın saxta millətçiliyinə erməni xalqı, o cümlədən erməni diasporu dəstək vermədi.

2018 -ci ilin telemarafonuna N.Paşinyanın apardığı siyasətə münasibət və hətta  referendum kimi baxmaq olar.

Hayastan” fondu üçün yığılan vəsaitin tərkibində olan strukturlaşma və yaxud o vəsaiti ödəyənlərin siyahısında baş verən dəyişikliklər diqqəti çəkir. Bu artıq dünya erməniliyi arasında N.Paşinyana münasibətdə ideoloji uçurumun yarandığını göstərir.

N.Paşinyanın yalanlarından əl çəkməsi, reallığı dərk etməsi Ermənistanın faydasınadır. Reallığı tez dərk etməsi ilk növbədə Paşinyanın və onun ailəsinin xeyrinədir. Çünki Ermənistanda əgər xalq ayağa qalxacaqsa Paşinyanın linçindən danışmaq olar.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər