Robert Köçəryanın komplementarizmi: ABŞ-dan Den Bilzeryan, RF-dən Konstantin Zatulin – Mübariz Əhmədoğlu | 1news.az | Xəbərlər
Siyasət

Robert Köçəryanın komplementarizmi: ABŞ-dan Den Bilzeryan, RF-dən Konstantin Zatulin – Mübariz Əhmədoğlu

12:54 - 03 / 12 / 2018
Robert Köçəryanın komplementarizmi: ABŞ-dan Den Bilzeryan, RF-dən Konstantin Zatulin – Mübariz Əhmədoğlu

“Lazarev klubu”nun Yerevanda ilk iclasında bəlli oldu ki, bu Ermənistanın 2-ci prezidenti R.Köçəryanın siyasi aktivləşməsi üçün nəzərdə tutulmuş platformadır.

R.Köçəryan etiraf etdi ki, bir neçə ay öncə K.Zatulin Yerevanda ona “Lazarev klubu” ideyasını təklif edib və R.Köçəryan hərtərəfli dəstək verəcəyinə vəd verib. Hərtərəfli dəstək maliyyə dəstəyini də əhatə edir. “Lazarev klubu” ideyasının müəllifi R.Köçəryandır, sadəcə K.Zatulin vasitəsilə reallaşdırır. Həmin dövrdə R.Köçəryanın gəlini hətta Den Bilzeryanı gözəlçələri ilə birlikdə Ermənistana gətirtmişdi. D.Bilzeryan və onun gözəlçələri Dağlıq Qarabağ ermənilərini də “paklaşdırdılar”. D.Bilzeryana müvafiq olaraq Moskvadan da K.Zatulini dəvət edir.

Köçəryanın ABŞ-la Rusiya arasında oyun oynaması və ya Rusiyanın maraqlarını ABŞ-a satması üzərində qurduğu siyasət kimə az bəllidirsə K.Zatulinə hamıdan çox bəllidir. Amerikanın Ermənistandakı səfirliyinin binası həcminə görə dünyada ikincidir. Amerika Ermənistanda belə səfirlik binası tikmək istəmirdi. Bunu R.Köçəryan tikdi. K.Zatulin ABŞ səfirliyinin binası tikilərkən oranı ziyarət edib.

YUKOS-CİS vasitəsilə Xodorkovskinin 5 milyard dollar pulunu Rusiyadan Qərbə qaçırdan R.Köçəryandır. “Sibir” aviakompaniyası daxil olmaqla Rusiyanın şirkətlərini müflisləşdirib, Ermənistandan qovan da R.Köçəryandır. Əlbəttə Rusiyanın da xeyrinə başa düşülən addımlar atıb.

K.Zatulin R.Köçəryanın şəxsi politoloqu qismində onun Amerika yönümlü, anti-Rusiya addımlarının Kremldə müsbət qəbul olunmasına şərait yaradıb. Məhz bu keyfiyyəti ilə K.Zatulin R.Köçəryanın qarşısında sınaqdan çıxıb.

K.Zatulinin də R.Köçəryandan ehtiyacı böyükdür. Yetkinlik yaşına çatmış K.Zatulin həm ər, həm də məşuqdur. İki ailəsi var. Bəzi ailə üzvləri, nəvələri Qərbdə yaşayır, bəziləri bu arzudadır. Pula ehtiyac böyükdür. K.Zatulinin üçün də R.Köçəryan yaxşı donordur. Ona görə R.Köçəryan özü prezidentliyini S.Sərkisyana verməsi də K.Zatulində qısqanclıq yaratdı. O zamankı Baş nazir Serj Sərkisyanın kabinetinə girib onu hədələdi.

Zatulinin Rusiya dövlətçiliyinə münasibəti ən yaxşı halda sıfırdır, hətta mənfidir. İndiki vəziyyətdə Azərbaycanın KTMT-yə üzvlüyü Rusiyanın bəzi siyasiləri, o cümlədən K.Zatulinin deputat yoldaşları aktuallaşdırıblar. N.Paşinyan, prezident A.Sərkisyan, Xİ naziri Z.Mnasakanyan dəfələrlə bildiriblər ki, Azərbaycan KTMT-nin üzvü olmayacaq, Ermənistan konsensus verməyəcək. K.Zatulin sayı təxminən 100-ə yaxınlaşan bu mövzuda bəyanatların heç birinə bu günədək reaksiya verməyib. Axı Azərbaycanın KTMT üzvlüyü Rusiyanın arzusudur, bunun əleyhinə gedən də özünü Rusiyanın strateji müttəfiqi adlandıran Ermənistandır.

Bir şey dəqiq aydındır K.Zatulin Ermənistanın lobbiçiliyi ilə məşğul olduğu dövrdə Rusiyanın Ermənistandakı reytinqi aşağı düşüb. Kreml Ermənistanda Rusiyanın mövqeyini gücləndirmək istəyisə K.Zatulin kimi müftəxorları, Rusiya dövlətinin maraqlarını pula satanları Ermənistandan qovmalıdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər