Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

15:57 - 05 / 12 / 2018
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Milanda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqları başlayıb.

1news.az  xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Qeyd edək ki, bu gün eyni zamanda Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən  Zöhrab Mnatsakanyanla Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə görüşəcək.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

P.Sultanova

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər