İlham Əliyev məşhur futbolçu ilə görüşdü – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev məşhur futbolçu ilə görüşdü – FOTO

09:54 - 05 / 12 / 2018
İlham Əliyev məşhur futbolçu ilə görüşdü – FOTO

Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olarkən fransız futbolçu Robert Pireslə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məşhur futbolçu dövlət başçımıza Avroliqanın rəsmi topunu təqdim edib.

Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.

S.Xankişiyeva

 

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər