İlham Əliyev Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, səfir Kim Tonq Op fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kim Tonq Op etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu və birgə səylərlə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Koreya Respublikasına dövlət səfərini məmnunluqla xatırladı və bu səfərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda bir sıra Koreya şirkətlərinin sənaye, nəqliyyatın idarəedilməsi, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyət göstərdiklərini bildirərək, kənd təsərrüfatı, ekologiya, təhsil, peşə ixtisasartırma kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu dedi. Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə biləcəyini qeyd etdi.
Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə etdi. Səfir ölkələrimiz arasında dostluq əlaqələrinin və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da artırılması üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Prezident Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
S.Xankişiyeva