Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

17:17 - 10 / 12 / 2018
Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev C.M.Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

  1. Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

 

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər