İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

13:36 - 12 / 12 / 2018
İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Prezident İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə NATO yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu, bizim ölkəyə hörmətin, etimadın göstəricisidir və bir daha Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin müntəzəm olaraq keçirildiyi məkana çevrildiyini göstərir və Azərbaycan bunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin eyni zamanda Azərbaycan-Rusiya əlaqələri ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi. İkitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev yüksək səviyyədə keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirdi. Təkcə bu il Azərbaycan və Rusiya dövlət başçıları arasında çoxsaylı görüşlərin keçirildiyini vurğulayan Prezident İlham Əliyev son dəfə Sankt-Peterburqda Rusiya Prezidenti ilə təmaslarını məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu il, eyni zamanda, ölkələrimiz arasında xeyli sayda sazişlərin və sənədlərin imzalandığını vurğulayaraq, qarşılıqlı fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkələrimiz tərəfindən əldə olunmuş razılıqların icra edilməsinin önəmini qeyd etdi və buna nail olunduğunu bildirdi. Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin tarixi sınaqlardan çıxdığını qeyd edən Prezident İlham Əliyev bu gün ölkələrimizin etibarlı tərəfdaş olduğunu, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını dedi və Valeri Gerasimovun ölkəmizə səfərinin bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə dövlətimizin başçısı ilə görüşünü yüksək qiymətləndirdi. O, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət və xatirələrini ehtiramla yad edəcəklərini vurğuladı. NATO və ABŞ nümayəndələri ilə artıq neçənci dəfədir ki, Bakıda görüşdüklərini qeyd edən Valeri Gerasimov paytaxtımızın bunun üçün çox münasib bir məkan olduğunu və bu cür görüşlər üçün burada hər cür şəraitin yaradıldığını vurğuladı.

İkitərəfli münasibətlərə toxunan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
342

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər