Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün digər həmsədrlərlə birgə fəal çalışırıq | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün digər həmsədrlərlə birgə fəal çalışırıq

12:11 - 13 / 12 / 2018
Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün digər həmsədrlərlə birgə fəal çalışırıq

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə fəal çalışır.

1news.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu ölkənin XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri ilə bağlı açıqlamasında deyilir.

Məlumatda deyilir ki, Lavrov iki günlük səfər çərçivəsində Azərbaycan rəhbərliyi, xarici işlər naziri ilə görüşlər keçirəcək.

"Görüşlərdə  ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Bu görüşlər ölkələrimizin maraqlarına uyğun olaraq, Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafına dair xəttin davamıdır", deyə XİN bəyan edib.

Qeyd edək ki, Lavrov sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

P.Sultanova

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər