Lukaşenko: Minsk qrupu İrəvan və Bakı olmadan Qarabağ münaqişəsini həll etməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Lukaşenko: Minsk qrupu İrəvan və Bakı olmadan Qarabağ münaqişəsini həll etməyəcək

15:45 - 14 / 12 / 2018
Lukaşenko: Minsk qrupu İrəvan və Bakı olmadan Qarabağ münaqişəsini həll etməyəcək

Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilər, beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin real nizamlanması üçün heç nə etməyiblər.

1news.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.

A.Lukaşenko bildirib: “Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”.

1news.az

 

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər