Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyində bir sıra problemləri həll etmək mümkün oldu | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyində bir sıra problemləri həll etmək mümkün oldu

13:05 - 14 / 12 / 2018
Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyində bir sıra problemləri həll etmək mümkün oldu

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu.

1news.az xəbər verir ki, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, təşkilat 25 ildir ki, fəaliyyət göstərir və islahatlara ehtiyac duyur:

“Biz bu təşkilata böyük əhəmiyyət veririk. Bu gün biz gələcək fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Biz bu təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

M.Çavuşoğlu Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.

1news.az

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər