Səfir: Moskva İrəvan və Bakı arasında dialoq qurmağa çalışır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Moskva İrəvan və Bakı arasında dialoq qurmağa çalışır

15:06 - 18 / 12 / 2018
Səfir: Moskva İrəvan və Bakı arasında dialoq qurmağa çalışır

"Rusiya Qarabağ məsələsi üzrə Ermənistanla Azərbaycan arasında birbaşa dialoq imkanları yaratmağa çalışır".

1news.az-a erməni mətbuatına istinadən məlumat verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin mətbuat konfransında bildirib.

"Bizim mövqeyimiz dəyişməzdir, Sergey Lavrov (Bakıda) bunu bir daha təsdiqlədi.  Biz ATƏT-in Minsk qrupu formatında işimizi davam etdirmək niyyətindəyik.

Biz iki tərəfin razılığına əsaslanan sülh yolu ilə həll yoluna alternativ görmürük”, səfir bildirib.

Onun sözlərinə görə, işin istiqamətlərindən biri biri stimullaşdırma, tərəflər arasında birbaşa dialoq qurmaq üçün imkanlar yaratmaqdır.

P.Sultanova

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər