Makron: Fransa Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Makron: Fransa Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək

15:18 - 18 / 12 / 2018
Makron: Fransa Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və davamlı həllinin tapılmasında səylərini  davam etdirəcək. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana erkən parlament seçkilərində qazandığı qələbə münasibətilə ünvanladığı təbrik məktubunda bildirilir.

Fransa lideri iqtisadiyyatın səmərəliliyinin artırılmasına və erməni xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş islahatlar aparmaqda Ermənistanı dəstəkləməyə söz verib.

P.Sultanova

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər