İsrailə olmaz, Ermənistana isə olar: BMT-nin Qarabağ məsələsində ikili standartları haqqında  – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsrailə olmaz, Ermənistana isə olar: BMT-nin Qarabağ məsələsində ikili standartları haqqında  – FOTO

16:20 - 19 / 12 / 2018
İsrailə olmaz, Ermənistana isə olar: BMT-nin Qarabağ məsələsində ikili standartları haqqında  – FOTO

BMT-ni qeyri-müəyyən statuslu ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı yalnız İsrailin İordan çayının qərb sahilində məskunlaşma siyasəti maraqlandırır.

2016-cı ilin martında BMT Baş Assambleyasının İnsan Haqları üzrə Şurası (UNHRC) 31/36 qətnaməsini qəbul edir. Qətnamədə insan haqları üzrə komissar məlumatlandırılaraq Qərb sahilinin fəaliyyəti ilə bağlı “verilənlər bazası” yaradılması təlimatı verilir.

Bu məqsədlərə nə az, nə çox 138 700 dollar ayrılıb. Verilənlər bazasının hər il yenilənməsi nəzərdə tutulub.

Kohelet Policy Forum (KPF) beyin mərkəzi dünyanın dörd problemli regionu üzrə analoji məlumatları sistemləşdirərək, vəziyyəti qlobal konteksdə göstərməyə cəhd etdi: Qərbi Saxara, Dağlıq Qarabağ, Şimali Kipr və Krım.

Toplanmış məlumatlar “Kim mənfəət əldə edir: işğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri” adlı iki hesabatda dərc edilir. Hesabatlardan birincisi 2017-ci ilin iyununda, ikincisi isə 2018-ci ilin noyabrında nəşr edilir.

Budəfəki məqalədə BMT Baş Assambleyasının İnsan Haqları üzrə Şurasının 2018-ci ilin martında dərc olunmuş hesabatı yer alacaq. 16 səhifəlik sənəddə Qərb sahillərində İsrailin məskunlaşma fəaliyyəti, eləcə də məskunlaşma fəallığını dəstəkləyən beynəlxalq şirkətlərlə bağlı geniş məlumat öz əksini tapıb. BMT isə bu şirkətlərə fəaliyyətlərini dayandırmağı çağırır.

Sənədin giriş hissəsində İsrail tərəfindən Fələstin torpaqlarında yaradılmış kommersiya müəssisələri ilə bağlı bütün məlumatlar öz əksini tapıb. Həmçinin sənəddə məskunlaşma siyasətinin Fələstin sakinlərinə siyasi, iqtisadi, sosial və mədəni baxımdan bərabər tutulmuş bu vətəndaşlara necə təsir bağışladığının da aydınlaşdırılması yer alıb.

İsrailin yaşayış məntəqələrində çoxsaylı müəssisələr tərəfindən həyata keçirdiyi fəaliyyətə  qəsəbələrin tikintisi və genişləndirilməsi üçün avadanlıq və materiallar, şəxsiyyətin tanınması və izlənilməsi vasitələri, həmin ərazilərdəki müəssisələrin təhlükəsizliyinin təmin edilməsilə və s. ilə bağlı avadanlıqların təchizatı daxildir.

Həmçinin bu siyahıya məskunlaşmanın möhkəmlənməsini təmin edən bank və maliyyə əməliyyatları, biznes məqsədilə təbii ehtiyatların istifadəsi, məişət tullantıları ilə çirkləndirilmiş ərazirlər, genişlənmə üçün müəssisələrdən gəlirlərin yenidən maliyyələşdirilməsi də daxildir.

Həmçinin buraya Fələstin müəssisələrini sərfəsiz vəziyyətə salan, onların irəliləyişini məhdudlaşdıran Fələstinin maliyyə və iqtisadi bazarlarının zəbt edilməsi də daxildir.

Verilənlər bazasının tərtib edilməsi proseduru zamanı şirkətə siyahıya daxil edilməsi barədə məlumat verməklə yanaşı, şirkətin əsas ofisinin yerləşdiyi ölkənin hökumətinə məlumat verilməsi də daxildir.

Ümumilikdə, 321 şirkətin siyahısı tərtib edilib, bunlardan 204 şirkət artıq nəşr zamanı test edilib və 64 şirkətlə əlaqə yaradılıb. Həmin ərazilərdə İsrail şirkətləri ilə yanaşı, Amerika, Almaniya və İsveçrə şirkətləri də fəaliyyət göstərir.

Yuxarıda qeyd olunduğu kimi, Kohelet Policy Forum (KPF) beyin mərkəzi dünyanın dörd problemli regionu üzrə analoji məlumatları sistemləşdirərək, vəziyyəti qlobal konteksdə göstərməyə cəhd etdi: Qərbi Saxara, Dağlıq Qarabağ, Şimali Kipr və Krım.

Toplanmış məlumatları “Kim mənfəət əldə edir: işğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri” adlı iki hesabatda dərc edilir. Hesabatlardan birincisi 2017-ci ilin iyununda, ikincisi isə 2018-ci ilin noyabrında nəşr edilir.

Hesabatda deyilir ki, göstərilmiş regionlarda, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda üçüncü ölkə tərəfindən aparılan biznes-müəssisələr vacib iqtisadi rol oynayır. Tədqiqatlar nəticəsində aydınlaşdı ki, bu cür biznesə dünyanın ən böyük nəqliyyat, ticarət maliyyə strukturları kimi istehsalçılarılar cəlb edilib.

Bütün bu hallarda əcnəbi şirkətlər, xüsusilə də Avropa şirkətləri məskunlaşma fəaliyyətini fəal surətdə dəstəkləyir. Bu qanunsuz fəaliyyətə insan haqlarına hörmət bəsləyən bir çox məşhur brendlər cəlb olunub. Həmçinin bu şirkətlərdən bir çoxu həmin dövlətin hökumətilə əhəmiyyətli əlaqələri olduğu da aşkarlanıb.

Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları və BMT qurumlarını Dağlıq Qarabağda qanunsuz ticarətlə bağlı mübarizəyə səsləsə də, bu müraciətlər heç vaxt nəzərə alınmır.

Kohelet Policy Forumun tərtib etdiyi hər iki hesabatda Azərbaycanın Xarici İşlər Nazirliyinin işğal olunmuş ərazilərdə əcnəbi şirkətlərin sərmayə yatırmaları, həmçinin təbii sərvətlərin çıxarılması ilə bağlı geniş sənəd hazırladığı qeyd olunur.

Kohelet Policy Forum təşkilatının hazırladığı birinci hesabatda Dağlıq Qarabağ ərazisində  Orange, Credit Agricole, Vodafone, Aurubis, VimpelCom kimi beynəxalq şirkətlərin fəaliyyətindən bəhs olunur.

Mərkəzin ikinci hesabatında Dağlıq Qarabağda bizneslə məşğul olan on şirkət haqqında məlumat verilir. Onların arasında AirBnB, Caterpillar, FLSmidth, Tashir Group kimi məşhur şirkətlər də var.

Həmçinin işğal olunmuş ərazilərdə AraratBank, Armeniabank, ArmSwissBank, Ardshinbank kimi erməni maliyyə qurumları da fəaliyyət göstə0rir.

Ermənistanın Vallex Group şirkəti dağ-mədən sənayesində BASE METALS törəmə şirkətin təmsilində  Dağlıq Qarabağda ən böyük vergi ödəyicisidir və dövlət büdcəsinə vergilərin 35% -ni təşkil edir.

Nə üçün BMT işğal olunmuş Dağlıq Qarabağ ərazilərində Ermənistanın məskunlaşma fəaliyyətinə göz yumur?

Bu kimi suallarla 1news.az mövzu ilə daha yaxın məlumatı olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədova müraciət edib.

Onun sözlərinə görə, Ermənistana qonşu dövlətin torpağını işğal edən bir dövlət kimi beynəxalq səviyyədə sanksiya tətbiq edilməməklə yanaşı, bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətilə bağlı lazımi diqqət yetirilmir:

“İşğal olunmuş ərazilərdə təbii ehtiyatlar nəzarətsiz şəkildə istismar olunur. Söhbət meşə təsərrüfatı, faydalı qazıntılar, kənd təsərrüfatına yararlı yerlər və s. gedir. Həmçinin bu ərazilərə dünyanın digər regionlarından gətirilmiş etnik ermənilərin də qanunsuz yerləşdirilməsi də daxildir. Rəsmi məlumatlara görə Qarabada 25 min Suriyadan gəlmə ermənilər məskunlaşıb. Bəzi məlumatlara görə bu rəqəm 10 min nəfəri əhatə edir”.

Fotoda: Beynəlxalq konfrans, Bakı, 17 noyabr, 2018-ci il.

Azərbaycanın bu siyasətə qarşı münasibətindən danışarkən Fərhad Məmmədov işğal olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl şirkətlərin təsbit edilməsini qeyd edib. Konkret şəxslər Azərbaycan XİN-in “qara siyahısına” salınıb.

Bununla paralel olaraq beynəlxalq səviyyədə sənədlər də hazırlanır. Bunlarda biri Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilib.

“Bu şirkətlər əsas fəaliyyətlərini işğal olunmuş ərazilərdə aparsa da, bir çoxunun Ermənistanda ofisləri var. Bununla əlaqədar olaraq işğal olunmuş ərazilərdə hansı məhsul istehsal edilməsi və ya faydalı qazıntının çıxarılmasının təyinatı çətinləşir”, - deyə F.Məmmədov aydınlıq gətirib.

Bu ilin noyabrında Bakıda Dağlıq Qarabağda qanunsuz istisadi fəaliyyətlə bağlı beynəlxalq konfrans keçirilib. SAM rəhbərinin sözlərinə görə, gələn il bu sahədə işlərin daha da aktivləşməsi planlaşdırılır.

 “Məqsədimiz – beynəlxalq cəmiyyəti işğalçılıq faktı ilə məlumatlandırmağa davam etməklə yanaşı, işğal edilmiş ərazilərdə Ermənistanın qanunsuz məskunlaşma, həmçinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məlumatlandırmaqdır”.

Who else profits: İsrail tədqiqatçıları Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər haqqında

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1488

Son xəbərlər

Bütün xəbərlər