Nazarbayev: Astana ilə Bakı arasında çoxəsrlik dostluq münasibətləri bundan sonra da inkişaf edəcək | 1news.az | Xəbərlər
Rəsmi

Nazarbayev: Astana ilə Bakı arasında çoxəsrlik dostluq münasibətləri bundan sonra da inkişaf edəcək

14:38 - 21 / 12 / 2018
Nazarbayev: Astana ilə Bakı arasında çoxəsrlik dostluq münasibətləri bundan sonra da inkişaf edəcək

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

S.Xankişiyeva

 

Paylaş:
615

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər