Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçildi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçildi - FOTO

12:56 - 23 / 12 / 2018
Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçildi - FOTO

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.

Bu barədə Demokrat.Az-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.

O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatları tərəfindən aparılıb.

Bilal Dündar deyib ki, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq:

"İnşallah yanvar ayında Azərbaycana səfər edərək, bu mükafatı cənab İlham Əliyevə təqdim eedəcəyik".

Demokrat.Az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər