Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib

17:07 - 24 / 12 / 2018
Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul etdi.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğuladılar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər.


Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

1news.az

 

 

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər