Səfir: Gələn il Qarabağ münaqişəsinin nizamlanmasında daha əlverişli ab-hava yaradılacaq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Gələn il Qarabağ münaqişəsinin nizamlanmasında daha əlverişli ab-hava yaradılacaq

11:53 - 24 / 12 / 2018
Səfir: Gələn il Qarabağ münaqişəsinin nizamlanmasında daha əlverişli ab-hava yaradılacaq

Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir.

1news.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bu il strateji tərəfdaşlığın möhkəmləndiyi müşahidə olundu: "Əməkdaşlığın bütün sahələrində fəallaşma var"

Onun sözlərinə görə, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq.

Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".

O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.

1news.az

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər