Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

15:01 - 26 / 12 / 2018
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

Rusiya Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni hər şeyi  edəcək,  lakin bu məsələdə hansısa müddət müəyyənləşdirməyə ehtiyac yoxdur.

1news.az xəbr verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  2019-cu ildə Qarabağ münaqişənin həlli imkanları barədə danışarkən deyib.

Zaxarova bildirib: “Biz müddət çərçivəsi qoymuruq, ən qısa zamanda münaqişənin həlli üçün bütün tədbirləri görəcəyik. Münaqişə uzun sürən tarixə malikdir.

Lakin, həm Minsk qrupunun həmsədr dövləti, həm də Ermənistan və Azərbaycanla ortaq bir tarixi, keçmişi  olan ölkə olaraq, lazım olan hər şeyi edəcəyik".

P.Sultanova

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər