Bakıda yol polisinin maşını yandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol polisinin maşını yandı - VİDEO

11:53 - 26 / 12 / 2018
Bakıda yol polisinin maşını yandı - VİDEO

Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb. 

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib. 

Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər