Prezidentin köməkçisi: Terrora açıq çağırış edənlərin sığınacaq almaları sadəcə olaraq utandırıcı bir haldır | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: Terrora açıq çağırış edənlərin sığınacaq almaları sadəcə olaraq utandırıcı bir haldır

16:04 - 02 / 01 / 2019
Prezidentin köməkçisi: Terrora açıq çağırış edənlərin sığınacaq almaları sadəcə olaraq utandırıcı bir haldır

Mən jurnalistlərin bu il keçirilən qurultayında Azərbaycan mediasına, ictimai siyasi aləmdə fəaliyyət göstərən fəal şəxslərə müraciət etdim ki, bu insanlar özərini komfort şəraitdə hiss etməməlidirlər.

1news.az xəbər verir ki, bunu  Real TV-yə müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xaricdəki mühacir şəbəkəsi barədə danışarkən deyib

O bildirib ki, həmin şəxslərə qarşı bir ictimai qınaq nümayiş olunmalı, hər kəs öz mövqeyini bildirməlidir:

“Bu, onların iddia etdiyi kimi həmin insanlara qarşı nə söyüş,  yaxud təhqir kampaniyasına çağırış deyil, nə də ümumiyyətlə indiyə qədər Azərbaycan cəmiyyətində, yaxud sosial şəbəkələrdə, media orqanlarında onların ünvanlarına heç vaxt təhqir yağdırılmayıb, heç vaxt ailələri, özləri barədə qeyri- ədəbi ifadələrdən istifadə olunmayıb.

Ona görə də onların iddiaları, “Əli Həsənovun trolları”,  “Əli Həsənovun şəbəkəsində bizi təhqir edirlər” kimi sözləri  tamamilə yalandır. Əvvəla, Azərbaycanda hər kəsin şəbəkəsi var, şəbəkə nədir? Sən və ətrafındakı insanlar bir icmadır. Hər bir kollektiv sosal şəbəkədə təmsil olunur və o insanların səhifəsinə girərək, fikirlərini bildirirlər. Burda qeyri-adi heç nə yoxdur. Burda şəbəkələşmədən söhbət gedə bilməz. Geniş anlmada bu, insanların fikir azadlığıdır ki, buna da şərait yaradılıb. Odur ki, belə insanlara qarşı əlbəttə ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal olan insanlar münasibət bildirməlidir. Ən azından onlar hiss etməlidirlər ki, heç də düşündükləri qədər Azəbaycanda bu və ya digər dəstəyə malik deyillər.

Özləri də bilirlər ki, heç bir dəstəkləri yoxdur, amma belə bir rəy yaradırlr ki, sanki bunları Azərbaycanda kimlərsə dəstəkləyir, çağırışlarına səs verənlər var, amma biz onların çağırışların da gördük: “İşığı bir gecə söndürün, küçəyə çıxın” və s. Bir adam onların çağırışlarına reaksiya vermədi. Bu, o deməkdir ki, Azərbaycan dövlətinin, cəmiyyətinin sabit və dayanıqlı inkişafı heç də o insanlardan asılı deyil, onlar Azərbaycanda istəsələr belə ictimai siyasi sabitliyi poza bilməzlər, istəsələr belə Azərbaycanda qarşıdurma yarada bilməzlər. Çünki hakimiyyətin yürütdüyü siyasəti xalq dəstəkləyir və bu siyasət xalqımızın maraqlarına cavab verir”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan dövləti ölkəmizin ərazisində meydan açıbdır, meydan yaradıbdır, istənilən hakimiyyətə müxalifət olan qüvvə fəaliyyət göstərə, mitinq, toplantı keçirə bilər, hakimiyyətin fəaliyyətini müzakirə edə  bilər, tənqid də edə bilər:

“Xarici ölkələrdə bu gün siyasi sığınacaq adı ilə gedib məskunlaşan həmin şəxslərdən təəssüflər olsun ki, bir qismi tamamilə insanlıq sifətini itirib, bəziləri psixi cəhətdən xəstədir, yəni elə insanları sözün həqiqi mənasında cəmiyyətdən, insanlarda təcrid etmək lazımdır. Onların bir ölkədə siyasi sığınacaq alıb başqa bir dövlətin dəyərlərini, atributlarını, insanlarını, cəmiyyətlərini təhqir etməsinə o cür şərait yaratmaq... Onların çağırışlarına baxın, mən indi ad çəkmək istəmirəm, “meydanda asacağam”, “meydanda güllələyəcəyəm”, “ 10 günə hakimiyyəti məhv edim”, “rəhbərlərini güllələyim”, onu dağırım, bunu dağıdım, bu nə deməkdir? İndi hansı zəmanədir, özü də hansı ölkədə, Fransda kimi bir ölkədə. Mən məcburam bunun adını çəkim. Elə bir insanların sığınacaq almaları sadəcə olaraq utandırıcı bir haldır. Utandırıcı bir haldır ki, terrora açıq çağırış edənlər, Azərbaycanı açıq təhqir edənlər, bütün o mənəvi, insani hədləri aşaraq, hayqırı yağdıranlar bu gün sərbəst şəkildə bu və ya digər ölkədə oturub fəaliyyət göstərirlər. Bunlar əlbəttə ki yaxşı hal deyil və biz dəfələrlə bu barədə demişik”.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər