Senat ABŞ-ın Azərbaycanda səfirini təsdiq edib

ABŞ Senatı Erl Litsenbergeri Azərbaycana səfir qismində təsdiq edib.
1news.az xəbər verir ki, bu barədə ABŞ Senatının “Twitter” səhifəsində deyilir.
Məlumatda qeyd olunur ki, Senat şifahi səsvermə ilə nazir-müşavir dərəcəsində ali diplomatik xidmətin karyera əməkdaşı Litsenbergeri Azərbaycanda səfir vəzifəsinə təsdiq edib.
Qeyd edək ki, E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO Missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib.
1news.az
421