Naqdalyan XİN rəhbərlərinin görüşü barədə

Ermənistanın Xarici İşlər Nazirliyində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə dair təklifi təsdiqləyiblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti Anna Naqdalyan bəyan edib.
"ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən yanvar ayında xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklifi var idi. Görüş barədə məlumat razılaşdırılmadan sonra açıqlanacaq”, Naqdalyan bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri sonuncu dəfə ötən ilin dekabrında ATƏT Nazirlər Şurasının Milanda keçirilən illik toplantısında görüşüblər.
P.Sultanova
593