Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb

10:53 - 14 / 01 / 2019
Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 16 yanvar tarixində Parisdə görüş keçiriləcək.

Bu barədə 1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətrindən məlumat verilib.  Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Tərəflər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

P.Sultanova

 

 

Paylaş:
820

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər