ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO

10:43 - 15 / 01 / 2019
ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO

ABŞ-ın Şimali Karolina ştatının Şərqi Şarlotta şəhərində fəaliyyət göstərən “Fixer Electronic Repair” mağazasının sahibi, azərbaycanlı iş adamı Elçin Xəlilov güllələnib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Qubad İbadoğlu şəxsi feysbuk səhifəsində informasiya verib.

Məlumatda bildirilir ki, 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Şahidlərin sözlərinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də tapılmayıb.

Həmçinin bildirilib ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. O, bir neçə il öncə ABŞ-a köçüb. E.Xəlilov Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Amerika polisinin verdiyi məlumata görə, qanlı hadisə bazar ertəsi saat 10:00-10:30 arasında baş verib. Elçin Xəlilovu yaralı şəkildə yaxınlıqda fəaliyyət göstərən “Milton” gözəllik salonunun işçiləri yaralı halda tapıb. Cinayətkar qurbanına boynundan xəsarət yetirib.

Elçin Xəlilovun cənazəsinin Azərbaycana qaytarılacağı bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
910

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər