Elmar Məmmədyarov Mnatsakanyanla görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Mnatsakanyanla görüşüb

15:09 - 16 / 01 / 2019
Elmar Məmmədyarov Mnatsakanyanla görüşüb

Fransanın paytaxtı Parisdə xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən  Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə hər üç ölkənin həmsədri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) iştirak edib.

Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də danışıqlara qatılıb.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. 

P.Sultanova

 

 

 

Paylaş:
446

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər