Ronaldo 23 ay həbs və 18.7 milyon avro cərimə edilib | 1news.az | Xəbərlər
Futbol

Ronaldo 23 ay həbs və 18.7 milyon avro cərimə edilib

16:57 - 23 / 01 / 2019
Ronaldo 23 ay həbs və 18.7 milyon avro cərimə edilib

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq hücumçusu Kriştiano Ronaldo məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu yanvarın 22-si İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində 23 aylıq həbs və 18,7 milyon avro cərimə edilib. Futbolçu ona qarşı irəli sürülən bütün ittihamlarla razılaşıb. İspaniya qanunlarına əsasən cəza müddəti 2 ildən çox olmadığına görə Ronaldo şərti cəza ilə azadlığa buraxılıb.

Qeyd edək ki, portuqaliyalı ulduz 2011-ci ildən 2014-cü ilədək 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub.

Hücumçu 2018-ci ildən İtaliyanın “Yuventus” klubunda forma geyinir. Ronaldo cari mövsümdə Turin təmsilçisinin heyətində 27-oyun keçirib və 16 qol vurub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər