Finlandiya prezidenti: Qarabağ münaqişəsinin nizamlanmasında nikbinlik artıb | 1news.az | Xəbərlər
Siyasət

Finlandiya prezidenti: Qarabağ münaqişəsinin nizamlanmasında nikbinlik artıb

17:07 - 23 / 01 / 2019
Finlandiya prezidenti: Qarabağ münaqişəsinin nizamlanmasında nikbinlik artıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb.

1news.az  xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Finlandiya prezidenti Sauli Niinistö azərbaycanlı deputat Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.

Finlandiya prezidenti bildirib ki, Azərbaycan və Ermənistanın optimal maraqlarına cavab verən həll yolunun yaranacağına ümidlər var:

“ATƏT Minsk qrupuna gəldikdə, Finlandiya bu prosesi tam dəstəkləyir. Belə başa düşürəm ki, bu mərhələdə nikibinlik artıb və ya artmaqdadır”.

1news.az  

 

Paylaş:
380

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər