Samsung sobaları – yemək bişirmə azadlığı, təmizlənmə rahatlığı və daha çox həcm
Günümüzdə xanımlar daha çox bişirmə sobalarına üstünlük verir. Belə ki, bu mətbəx avadanlığı həm istifadədə rahatdır, həm də quraşdırılmada asan.
Beləliklə bişirmə paneli mətbəxin bir tərəfində, soba isə o biri tərəfində yerləşdirilə bilir. Geniş rəng və dizayn seçimi sayəsində isə soba istənilən interyerə uyğunlaşır.
Yeni nəsil Samsung sobaları, bir çox yemək hazırlama rejimi və müxtəlif funksiyalara malikdir. Yeni modellər Dual Fan adlanan iki ventilyator pəri ilə təchiz olunublar ki, bu pərlər bir birinə əks istiqamətdə fırlanaraq istini sobanın bütün sayəsinə paylayırlar və yemək bişirilməsində daha yaxşı nəticələr əldə etməyə kömək edirlər. Adi mətbəx sobalarında isidilmə sobanın alt hissəsində yerləşən qazpaylayıcısı ilə həyata keçirilir. Belə olduğu halda istilik soba daxilində bərabər paylanmadığı üçün yemək bişirmək daha çox zaman tələb edir, nəticə isə hər zaman istədiyimiz kimi olmaya bilirdi.
Həmçinin, isinən soba mətbəxdaxili hərarəti yüksəldirdi, hətta bəzi hallarda hərarəti yüksək soba qapısı ciddi yanıqlara səbəb olurdu. Qısa müddət ərzində isinən Samsung bişirmə sobaları yeməkləri daha tez bişirərək təamların dadını və faydalı xüsusiyyətlərini qoruyub saxlayır. Həmçinin, burada isti itkisi baş vermir, və bir neçə qatdan ibarət olan şüşə qapıda isə qızma halları müşahidə olunmur.
Dünyaca məşhur şirkətin sobalarının fərqləndirici cəhətlərindən biri də istədiyiniz halda sobanın yalnız üst və ya alt hissəsini qızdıraraq elektrik enerjisinə qənaət edə bilmənizdir. Bəzi modellərdə isə eyni anda iki ayrı yemək bişirmək imkanı mövcuddur, belə ki, hər iki bölmə bir birindən asılı olmayaraq qızdırıla bilir. Bişirmə kamerasının böyük həcmi sayəsində (70 l) ailəniz və qonaqlarınız üçün təamları birbaşa geniş qazanlarda bişirə bilərsiniz.
Samsung sobaları asan təmizlənən, yemək qalıqları və yağın yığılmasının qarşısını alan xüsusi keramik qat ilə təchiz olunublar. Həmçinin, burada bir neçə təmizlik üsulu mövcuddur ki, onlardan katalitik təmizləmə üsulunu qeyd etmək olar. Sobanın arxa divarında yerləşən xüsusi katalitik örtük yağ hissəciklərini özündə toplayaraq turşutma reaksiyası ilə neytrallaşdırır.
Samsung sobaları bişirmə rahatlığını təmin edərək, vaxtınıza və büdcənizə qənaət edir.
Samsung bişirmə sobaları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda