Azərbaycan - Avropa İttifaqı danışıqlarının TARİXİ açıqlanıb
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi yanvarın 28-29-da keçiriləcək.
Bu barədə 1news.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, danışıqlar Brüsseldə baş tutacaq, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edəcək.
Səfir yeni saziş üzrə danışıqların intensiv xarakter aldığını vurğulayıb.
Xatırladaq ki, saziş layihəsi üzrə sonuncu müzakirələr ötən il 4-6 dekabr tarixlərində Bakıda keçirilib.
P.Sultanova
1036











