Rabitəbank 2018-ci ili 3 milyon mənfəətlə başa vurdu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rabitəbank 2018-ci ili 3 milyon mənfəətlə başa vurdu

09:30 - 25 / 01 / 2019
Rabitəbank 2018-ci ili 3 milyon mənfəətlə başa vurdu

Bank 2018-ci ili 3,1 mln. manat mənfəət və 772 mln manat aktiv həçmləri ilə tamamlayıb.

Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat, məcmu kapitalı isə 12% artaraq, 102 mln manat təşkil edib. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 15% artaraq 47 mln manat, xərcləri isə 44 mln manat təşkil edib.  

Bank həmçinin, 2018-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 23%,  istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artmışdı. 2018-ci ildə sürətli pul köçürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artmışdı.

Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş edib. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçib. Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi keçirildiyi TelegramFacebook Messenger üzərindən chatbot-u istifadəyə verib və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim edib.

2018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin istifadəsinə verilib. Digər  4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülüb. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılıb.

İldən-ilə inkişaf edən və ictimaiyyət arasında inamlı banklardan birinə çevirilən Rabitəbank, 2019-cu il üçün yeni məhsul və xidmətlərini öz müştərilərinə təqdim etməyə hazırlaşır.

Reklam hüququnda

Paylaş:
514

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər