Bakıda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır – FOTO

14:00 - 28 / 01 / 2019
Bakıda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır – FOTO

Bakıda satışda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar görünməyə başlayıb.

1news.az-ın Avropa.info istinadla verdiyi xəbərə görə, bu qlobuslarda Naxçıvan ərazisi Azərbaycandan ayrı göstərilərək, Ermənistan ərazisinə daxil edilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü təhrif edən bu qlobuslar Çində hazırlanaraq, Bakıya gətirilib. Qlobusları Azərbaycana “Papirus” adlı şirkət gətirib və ölkədəki bütün satış məntəqələrinə paylanılır.

Bu qlobuslar Müşfiqabad qəsəbəsində “Davud market”də görünüb.

S.Xankişiyeva

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər