Huawei smartfon satışları üzrə 3 lider şirkətdən birinə çevrilib – FOTO
Qlobal texnologiya bazarında mühüm çəkiyə malik olan Huawei şirkəti 2018-ci ildə yeni rekorda imza atıb. Belə ki, şirkət ötən il 200 milyon smartfon satıb. Şirkət qeyd edib ki, satışların belə uğurlu olmasında P 20, Honor və Mate 20 seriyalı smartfonların xüsusi yeri olub.
Müqayisə üçün bildirək ki, şirkət 2010-cu ildə bazarda 3 milyon, 2017-ci ildə isə 153 milyon smartfon satıb. Qlobal texnologiya bazarını araşdıran Canalys şirkəti qeyd edir ki, 2018-ci ilin ikinci rübündə Huawei Apple şirkətini keçərək smartfonların qlobal bazarda təchizatçısı olaraq Samsung şirkətindən sonra ikinci yerdə qərarlaşıb.
Şirkətin dünya bazarlarında satışlarının artmasında onun yeni flaqman modeli olan Mate 20 Pro-nun özünəməxsus rolu var. Belə ki, Mate 20 Pro-nun sahib olduğu texniki parametrlər onun qısa müddətdə populyar və istifadədə ən üstünlük verilən cihazlardan biri olmasını şərtləndirib.
Mate 20 Pro müasir və cəlbedici dizayna, keyfiyyətli, hətta makro çəkiliçlər belə edə bilən kameraya, süni intellekt texnologiyasına sahib HiVision (müxtəlif əşyaların identifikasiyası və ya ərazinin yerinin təyini) funksiyasına, güclü enerji akkumyatoruna sahibdir. Bundan başqa o dünyada ilk olaraq 7nm mobil süni intellekt texnologiya əsaslı Kirin 980 prosesoru ilə təchiz olunub.
Smartfon 3D üztanıma və barmaq izi tanınması vasitəsilə telefonun kilidinin açılması, enerjinin məsafədən simsiz ötürülməsi ilə digər qurğuların akkumlyatorunun doldurulması kimi inqilabi funksiyalarla da təchiz olunub. Smartfon həmçinin 4.5 G LTE bağlantını da dəstəkləyir.
Qeyd olunanlar sayəsində bu model artıq bir çox dövlətlərdə ən üstünlük verilən smartfon modelinə çevrilib. Mate 20 Pro-nu artıq Azərbaycanda da əldə etmək mümkündür.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A
Reklam hüququnda