Mnatsakanyan: Qarabağ danışıqları status və təhlükəsizlik ətrafında aparılır | 1news.az | Xəbərlər
Siyasət

Mnatsakanyan: Qarabağ danışıqları status və təhlükəsizlik ətrafında aparılır

11:28 - 28 / 01 / 2019
Mnatsakanyan: Qarabağ danışıqları status və təhlükəsizlik ətrafında aparılır

Dağlıq Qarabağ danışıqları status və təhlükəsizlik ətrafında aparılır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

O bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasındakı mövqelərindən kənara çıxmırlar.

Onun sözlərinə görə, bəzi dairələrin cəmiyyətlərin sülhə hazırlanmasına dair açıqlamaları məğlubiyyət kimi qəbul etmələri onun üçün qəribədir:

"Biz bəyan etdiklərimizdən kənara çıxmırıq. Əminəm ki, münaqişənin sülh yolu ilə həllini yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində nəzərdə tutan prinsiplər əsasında aparıldığını bildirən zaman mövqeyimizdən kənara çıxmırıq.

Ən əhəmiyyətli olan - status və təhlükəsizlik məsələləri Ermənistan üçün prioritet olaraq qalır. Bunun ətrafında danışıqlar aparılır".

"Qarabağ"ın danışıqlar prosesinə cəlb edilməsi barədə danışan xarici işlər naziri qeyd edib ki, bu, ardıcıl işdir.

"Bu, konkret praktik bir məsələdir. Əgər nəsə dərhal alınmırsa, bu, bizim unutduğumuz anlamına gəlmir ", deyə Z. Mnatsakanyan qeyd edib.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
472

Son xəbərlər

Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21
Bütün xəbərlər