ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirib.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster keçiriblər.
Babək Cahandarov
283