Karasin: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşlər yaxşı hazırlanmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Karasin: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşlər yaxşı hazırlanmalıdır

15:00 - 30 / 01 / 2019
Karasin:  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşlər yaxşı hazırlanmalıdır

Ermənistan və Azərbaycan nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşləri substantiv olması və real nəticələr gətirməsi üçün yaxşı hazırlanmalıdır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu İrəvanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Ermənistan və Azərbaycan liderlərinin görüşlərini alqışlayırıq, bu görüşlərin davam etməsini arzulayırıq. ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti bunun üzərində işləyirl", - Karasin bildirib.

.Karasin Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq vəziyyətin proqnozlaşdırıla bilən və sabit olmasının vacibliyini qeyd edib:

"Biz son vaxtlar sakitliyin nisbi xarakter aldığını məmnuniyyətlə qeyd edirik. Bu istiqamətdə davam etmək lazımdır.

ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin hamısı Qarabağ probleminin həlli ilə bağlı güc ssenarisindən istifadənin istisna olması məsələsində həmrəydirlər”.

P.Sultanova

 



Paylaş:
528

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər