Bakıda "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı başlayır

10:53 - 31 / 01 / 2019
Bakıda "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı başlayır

Bakıda "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı ("Goût de France"/"Good France") başlayır.

1news.az-a Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, öz beş illik yubileyini qeyd edən "Fransanın dadı" festivalı martın 1-də başlayacaq və martın 16-dək davam edəcəkdir.

Səfirliyin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə Bakının beş ən yaxşı restoranı iştirak edəcək. Bunlar "Fly Bar", "Paris Bistro", "Marriott Absheron", "Dinamo Hotel" və "L'Avenue" restoranlarıdır.

Festival ərəfəsində Institut Français d'Azerbaidjan komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək. Belə ki, "Landmark" otelinin kinoklubunda fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.

Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidirsə, fransız kinosunu fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil. Kristian Vensanın "Prezident üçün aşbaz" (2012) parlaq kinokomediyası bu cümə fevralın 1-də kinoqurmanlara təqdim olunacaq.

Ünvan: "Landmark" oteli, Nizami küçəsi, 90 A

Tarix: 1 fevral | Saat: 19.00

Filmin müddəti: 95 dəq.

Film fransız dilində nümayiş olunacaq

Giriş pulsuzdur

P.Sultanova

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər