Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə Prezident mükafatları verilib | 1news.az | Xəbərlər
Rəsmi

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə Prezident mükafatları verilib

13:06 - 01 / 02 / 2019
Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə Prezident mükafatları verilib

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki,  sərəncamda deyilir:

“Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilsin:

Hacızadə Hüseynxan Saleh oğlu

Həsənov Masər Fuad oğlu

Rəcəbli Sara Rauf qızı

Mehmandarov Mustafa Adil oğlu

Mirzəmmədova Nigar Mübariz qızı

Şahverənov Allahverdi Umud oğlu”.

1news.az

 

 

Paylaş:
859

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər