Səfir: Roma Papası Fransiskin BƏƏ-yə səfəri tarixdə yeni səhifədir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Roma Papası Fransiskin BƏƏ-yə səfəri tarixdə yeni səhifədir

13:40 - 04 / 02 / 2019
Səfir: Roma Papası Fransiskin BƏƏ-yə səfəri tarixdə yeni səhifədir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir.

Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və BƏƏ-nin banisi Şeyx Zayed irsindən qaynaqlanır.  Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır.   

Bu gün BƏƏ 200 müxtəlif millətə, 40-dan çox kilsəyə, Six və Buddist məbədlərinə ev sahibliyi edir. O da qeyd edilməlidir ki, bizim hökumət bu yaxınlarda  plüralizm və tolerantlığın BƏƏ modelini dəstəkləyən unikal qurum olan Tolerantlıq Nazirliyini təsis edib.

BƏƏ yalnız öz ərazisində deyil, eləcə də qlobal şəkildə ibadət azadlığı və dinlərarası mübadiləyə tərəfdar çıxmaqdadır.

Və bu günlərdə Roma Papası Fransiskin BƏƏ-yə səfəri ilə bütün dünyaya güclü bir mesajın şahidi oluruq: din nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmayıb.

Roma Papası Fransisk  BƏƏ-yə Əbu Dabi Vəliəhdi Zati-Aliləri  Şeyx Mohammed bin Zayed Al-Nahyan tərəfindən dəvət edilib. Roma Papası BƏƏ-yə "çoxlarının fərqliliklər baxımından azad işləmək və yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı və  görüş yeri  modeli olmağa çalışan torpaq " kimi ehtiram göstərib.

Bu səfər, Roma Papasının qeyd etdiyi kimi,  fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir.

Biz Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırıq. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirmişdir.

Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik.

Mohamed Alqubaisi

BƏƏ-nin Azərbaycandakı səfiri

 

Paylaş:
721

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər