Azercell sahibkar xanımlara dəstək verir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell sahibkar xanımlara dəstək verir – FOTO

09:30 - 04 / 02 / 2019
Azercell sahibkar xanımlara dəstək verir – FOTO

Ölkəmizdə sahibkarlıq ekosistemini inkişaf etdirmək və biznes sahəsində yeniliklərə təkan vermək məqsədilə “Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir.

Mərkəz təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edir. Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olundu. 2 gün davam etmiş təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə ediblər.

Təcrübə zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşüblər. Bundan əlavə, səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olub, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə aparıblar.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 illik fəaliyyəti dövründə uğurlu biznes mühitinin yaradılması və Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirərək, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və PAŞA Bank-ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini genişləndirir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
723

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər