Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə vəsait ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə vəsait ayrılıb

09:19 - 05 / 02 / 2019
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə vəsait ayrılıb

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək”.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər