Babayan separatçı rejimdə keçiriləcək "prezident seçkilərinə" qatılacaq | 1news.az | Xəbərlər
Siyasət

Babayan separatçı rejimdə keçiriləcək "prezident seçkilərinə" qatılacaq

09:54 - 06 / 02 / 2019
Babayan separatçı rejimdə keçiriləcək "prezident seçkilərinə" qatılacaq

Qondarma “Dağlıq Qarabağ Respublikasının” müdafiə “ordusu”nun keçmiş komandanı Samvel Babayan 2020-ci ildə separatçı rejimdə keçiriləcək “prezident seçkilərində” iştirak edəcəyini deyib.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, Babayan namizədliyini irəli sürmək məcburiyyətində olduğunu deyib.

"Ermənistanda həmişə mənim niyə Qarabağa dönməməyim barədə danışırlar. Qanuna görə müəyyən edilir: əgər mən orda daimi olaraq on il yaşamamışamsa, “prezidentliyə” namizəd ola bilmərəm. “Konstitusiya” mənə əhalinin 5-10 faizinin imzasını toplamağa icazə verir. Mart ayında bununla məşğul olacağıq. Mən “prezidentliyə” namizəd olmaq istəmirəm, amma məni məcbur edirlər", Babayan deyib.

Samvel Babayanı kimin məcbur etməsinə gəlincə, o bildirib:

"İmza toplamağa başlayanda, kimin məcbur etdiyini görəcəksiniz. Başa düşürəm ki, hələ də rol oynaya bilərəm, qüvvələr hələ tükənməyib. Fayda üçün hər şeyi etməyə çalışaq. İmzaların toplanmasına mart ayından başlanacaq, ondan sonra “hakimiyyətinin” “konstitusiyada” təsbit olunmuş tələbləri yerinə yetirib, yaxud rədd etməsi məlum olacaq.

Hazırkı “prezident” 1999-cu ildə Moskvadan gəlib, 2007-ci ildə “prezident” seçildi. Məgər o, burada 10 il daimi yaşayıb, əlbəttə ki, yox. Bu, olduqca poradoksal vəziyyət yaradır".

P.Sultanova

Paylaş:
633

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər