Musabəyov: Ermənistanın mövqeyi Rusiyanın Donbasa dair mövqeyindən daha pis və daha həyasızdır

Ermənistanın baş naziri Nikol Paşinyandan müsahibə alan "Deutsche Welle"nin jurnalisti onun "Qarabağ ermənilərini təmsil edə bilməz, çünki ona səs verməyiblər" arqumentinin Moskvanın Donbasla bağlı mövqeyinə bənzədiyini bildirib.
1news.az xəbər verir ki, bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyanın “Deutsche Welle” tele-radio şirkətinə müsahibəsinə “Facebook” səhifəsində münasibət bildirərkən yazıb. O qeyd edib ki, əslində, Ermənistanın mövqeyi Rusiyanın Donbasa dair mövqeyindən daha pis və daha həyasızdır:
“Kreml heç olmasa münaqişədə özünün birbaşa iştirakını inkar edir və Ukraynanın cənub-şərqində rusiyalı könüllülərin olduğunu təsdiqləyir.
Azərbaycan torpaqları birbaşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bura Paşinyanın və Ermənistan müdafiə nazirinin oğlanları daxil olmaqla, daimi çağırış əsasında Ermənistandan 10 mindən çox hərbçi yerləşdirilib.
Bundan əlavə, Rusiyadan fərqli olaraq, ermənilər işğal olunmuş ərazilərdə kütləvi etnik təmizləmə həyata keçiriblər, qurbanların sayı isə 600 mindən çox olub.
Beləliklə, Paşinyanın iddialarının yalan olduğu aydındır, başqa sual isə budur:Ermənistanın xarici havadarları və “məxməri” inqilabın həvəsli pərəstişkarları Paşinyanın gözünə yalanlarını soxacaqlar, yoxsa Koçaryan-Sarkisyan cinayət-oliqarx tandemi ilə əvvəllər olduğu kimi ermənilərin küyünə düşməkdə davam edəcəklər?".
Mövzu ilə bağlı:
Paşinyan: Bir sıra məsələlər həll olunmadan Qarabağ münaqişəsi həll edilə bilməz – VİDEO
P.Sultanova