Səfirdən Makrona çağırış: siyasi yalanı burax, Xocalıya bax! | 1news.az | Xəbərlər
Siyasət

Səfirdən Makrona çağırış: siyasi yalanı burax, Xocalıya bax!

10:37 - 07 / 02 / 2019
Səfirdən Makrona çağırış: siyasi yalanı burax, Xocalıya bax!

Fransa prezidenti Emmanuel Makronun "1915-ci il hadisələrinin Fransada anma günü elan edəcəyinə" dair açıqlamasını peşə həyatının əhəmiyyətli bir hissəsini ASALA terroristlərinin təhdidləriylə keçirmiş bir diplomat olaraq şiddətlə qınayıram.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc Makronun məlum qərarına münasibət bildirərəkən deyib.

Səfir qeyd edib ki, tarixçilər tarixlə, siyasətçilər siyasətlə məşğul olsunlar: 

“Prezident Makron tarixçi deyil, siyasi yalanı burax, Xocalıya bax”.

H.Kılıc qeyd edib ki, 1915-ci il  hadisələri hüquqi, tarixi və akademik aspektləri ilə qanuni bir müzakirə mövzusudur. Bu, siyasətçilərin deyil, tarixçilərin məsələsidir. 1915-ci ildə Makronun babası da dünyaya gəlməmişdi.

“Biz öncə Makronun Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik. Onun ifadələri Fransada yaşayan 700 mindən çox türk vətəndaşı və türk mənşəli fransız vətəndaşı və qardaş Azərbaycan vətəndaşları başda olmaqla türk respublikalarının vətəndaşları üçün hörmətsizlikdir.

Belə təhlükəli və bölücü bir addımın atılması Fransada narahatlıq və ayrı-seçkilik yaradacaq.

Qurtuluş savaşı dönəmində ermənilərdən də istifadə edərək Anadoludakı zülmləri, yaxın keçmişdə Əlcəzairdə və Ruanda həyata keçirdiyi qətliamlar, soyqırımlar yaddaşımızdadır.

Həmçinin, son 45 ildə bəziləri Fransada olmaqla, 42 günahsız türk diplomatının erməni terroristləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi və 27 il əvvəl erməni cinayətkar dəstələri tərəfindən Xocalıda törədilən qətliam qarşısında susqun qalanlar tarixin küllərini qarışdıraraq, başqalarını günahlandırması insan zəkasına həqarət kimi qiymətləndirirəm.

Biz Fransa prezidenti Makronun atacağı bu təhlükəli, parçalanma və yanlış addımdan imtina etməsini gözləyirik”.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
1050

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər