Səfir: Azərbaycanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyirik

Bu gün Azərbaycan-İran əlaqələri yüksək səviyyədədir. Bu təkcə siyasi sahədə deyil, iqtisadi əlaqələrimiz də yaxşı səviyyədədir. Ölkələrimiz neft-qaz, elektrik enerjisi, kənd təsərrüfatı və digər sahələrdə də sıx əməkdaşlıq edir.
1news.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, bu əlaqələri qorumaq və daha da inkişaf etdirmək vacibdir:
“İki ölkənin əlaqələrinin səviyyəsindən narahat olan qüvvələr var. Lakin dövlətlərimizin liderləri, xalqları arasında sıx münasibətlər var. Kənar qüvvələr bu münasibətlərə heç bir xələl gətirə bilməzlər”.
Diplomat deyib ki, hər iki ölkədə sabitlik və təhkükəsizlik mövcuddur ki, bu da region üçün çox vacibdir.
İqtisadi əlaqələrimizin daha da inkişafında maraqlıyıq. Biz ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyirik.
Səfir iki ölkə arasında gediş-gəlişin artdığını deyərək əlavə edib ki, iraqlılardan sonra İrana ən çox səfər edənlər azərbaycanlılardır.
P.Sultanova