Elmar Məmmədyarov İrana rəsmi səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İrana rəsmi səfər edəcək

11:59 - 08 / 02 / 2019
Elmar Məmmədyarov İrana rəsmi səfər edəcək

Fevral ayının sonunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfər edəcək.

1news.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, görüş zamanı İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə ikitərəfli və regional məsələlər müzakirə ediləcək.

Diplomat əlavə edib ki, bu il ərzində Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirləri, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti görüşləri, həmçinin Azərbaycan, İran və Rusiyanın liderlərinin sammiti keçiriləcək.

P.Sultanova

Paylaş:
635

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər