Deputat: Bu sərəncam vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə öz töhfəsini verəcək
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin minumum aylıq əməkhaqqının artırılması haqqında imzaladığı sərəncam bunun daha bir nümunəsidir.
Bu fikirləri 1news.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu sərəncam Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə öz töhfəsini verəcək.
“Bu gün Azərbaycan dövlətinin apardığı siyasətin kökündə təkcə qayğıya ehtiyacı olan insanlarımızın deyil, ümumiyyətlə, bütün vətəndaşlarımızın maddi rifah halının, güzəranının yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli, sosial vəziyyətlərinin yüksəldilməs dayanır.
Biz 2003-cü ildən, İlham Əliyevin Prezident seçilməsindən bəri bu istiqamətdə gördüyü işləri, verdiyi sərəncamları,qərarları nəzərdən keçirsək, çox aydın və dediklərimizi sübut edən bir mənzərə yaranır.
Təbii ki, ilk növbədə xüsusi qayğıya, köməyə ehtiyacı olan təbəqə hər zaman nəzərdə saxlanılır. Bu təbəqə məcburi köçkünlərimiz, əlil vətəndaşlarımız, müharibə veteranları, şəhid ailələridir. Bu insanlarımızla bağlı vaxtaşırı sərəncamlar olur, dövlət başçısı onların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təminatları, təhsil, səhiyyə məsələləri ilə bağlı xüsusi tapşırıqlar verir, sənədlər imzalayır.
Ötən müddət ərzində çoxsaylı məcburi köçkün, şəhid ailələri, hərbçilərimiz, Qarabağ veteranları, əlilləri mənzillərlə, avtomobillərlə təmin olunub. Bunlar hamısı təbii ki, sosial siyasətin tərkibinə daxildir”.
Deputat əlavə edib ki, bir neçə gün əvvəl dövlət başçısının minium əmək haqqının kifayət qədər, yəni 40 faizə yaxın artırılması haqqında imzaladığı sərəncam ölkə vətəndaşları tərəfindən böyük razılıqla qarşılanıb:
“Harda çalışmalarından asılı olmayaraq, bu məbləğdən aşağı əmək haqqı alan olmayacaq. Bunun müqabilində pensiyalar da artacaq, gələcək təminatlar gücləndiriləcək.
Yəni, bu sərəncam son deyil, bunların hamısı Azərbaycan dövlətinin inkişafına, dövlətimizin iqtisadi cəhətdən daha da güclənməsinə bağlıdır.
Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, imkanları artdıqca, insanlarımızın sosial vəziyyəti daha da güclənəcək. Təbi ki, biz çalışmalıyıq ki, dövlətimiz bütün istiqamətlərdə inkişaf etsin.
Minimum əmək haqqının artırılması bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. Cənab Prezidentin bu qərarını alqışıayıram və əminəm ki, insanlarımızın maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşması günü-gündən artacaq”.
Xatırladaq ki, dövlət başçısının fevralın 8-də imzaladığı sərəncamla 2019-cu il martın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub. Bu minumum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna - 180 manata çatdırılmasına nail olunub.
Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək. Minimuməmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.
P.S












