Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə öz müsbət təsirini göstərəcək | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə öz müsbət təsirini göstərəcək

09:12 - 13 / 02 / 2019
Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə öz müsbət təsirini göstərəcək

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün açıqladığı yeni şərtlər ədalətli, düzgün və zamanında verilmiş qərardır.

1news.az xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, burada söhbət qəzetlərin bağlanması və ya onların çapına hansısa məhdudiyyətlərin qoyulmasından getmir:

“Yeni şərtlər qəzetlərin inkişafına, tərtibat baxımından yenilənməsinə təsir edəcək, medianın çoxşaxəli fəaliyyətinə öz müsbət təsirini göstərəcək”.

Vüqar Rəhimza əlavə edib ki, yeni şərtlər çərçivəsində çap mediasının yüksək səviyyədə yenidən formalaşması nəzərdə tutulub, paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə gəlib: “Həm KİVDF-nin Müşahidə Şurasında, həm də Mətbuat Şurasının İdarə Heyətində aparılan müzakirələr zamanı bu məsələlər nəzərdən keçirilib. Onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmdədir. Bu mənada ictimai fikrə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Çox güman ki, bu qərar reallaşacaq. Sözsüz ki, KİVDF-nin bu qərarını alqışlamaq lazımdır. Ümumilikdə bu istiqamətdə atılan addımlar medianın inkişafına stimul verəcək. Qəzetlər artıq abunə kampaniyalarına başlayıblar. Hesab edirəm ki, bu, müsbət haldır. Bütün bunlar şübhəsiz, qəzetlərin tirajının yüksəlməsinə, oxunaqlılığının artmasına xidmət göstərən amillərdir. Hansısa qəzetin tirajı azdırsa, o da gələcəkdə, necə deyərlər, yaşamaq üçün fəaliyyətini, rəqabət qabiliyyətini gücləndirəcək”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir: “Mətbuatın maddi durumunun daha da yaxşılaşdırılması üçün bir sıra elan və reklamların KİV-də cəmləşməsinə nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr gedir, sistematik proqram hazırlanması istiqamətində iş aparılır. Hesab edirəm ki, reklam bazarının inkişaf etdirilməsi KİV-in inkişafına öz müsbət təsirini göstərə bilər”.

1news.az

Paylaş:
335

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər