Yanğından əziyyət çəkmiş balaca Anjelanın bizlərin köməyinə ehtiyacı var – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların şəkil və videoya baxması məsləhət deyil. Kadrların ürəkparçalayan olmasına baxmayaraq, vəziyyətin nə dərəcədə çətin olduğunu vurğulamaq üçün videonu dərc edirik.
Altı gün öncə Gəncədə yaşayan ailədə bədbəxt hadisə baş verib.
Zülfiyyə Ələkbərova anası və az yaşlı qızı ilə birlikdə evdə olan zaman işıq sönür. Neft olmadığından Zülfiyyə lampaya benzin tökür. Elə dəhşət də bundan sonra baş verir. Balaca Anjela lampanı özünə tərəf çəkir. Qızının alovlar içində yandığını görən Zülfiyyə onu xilas etməyə çalışır. Bir qədər sonra alovu söndürür. Dəhşətli an yaşadığından o, əllərinin yandığını belə dərk etmir.
“Uşaqların parlaq gələcəyi” Fondunun təsisçisi və rəhbəri Nərgiz-Babayeva-Kərimovanın sözlərinə görə, hazırda uşaq və ana 5 nömrəli xəstəxanadadırlar:
“Körpənin vəziyyəti ağırdır. Ona Türkiyədən olan həkim – Bağcılar Yanık Merkezi Medicine Hospitalda professor Mehmet Bozkurt yardım edəcəyinə söz verib. İlk növbədə uşağın həyatını xilas etmək, ağciyərlərinin nə dərəcədə xəsarət aldığını bilmək lazımdır. Yanıq yaralarını isə müasir tibbi üsullarla sağaldılacaq. Bu, çox bahalı müalicədir. Təxmini qiyməti 25-30 min dollar təşkil edir. Üstəlik, körpəni təcili olaraq, tibb bacısı, anestezioloq və reanimatoloqun müşayiəti ilə Türkiyəyə aparmaq lazımdır. Ümumilikdə altı nəfərlik bilet almaq lazımdır. Əgər tibbi heyətin körpə ilə brlikdə getməsi alınmasa, MediClub əməkdaşlarının müşayiəti üçün daha 10 min dollar lazımdır”.
Zülfiyyə Ələkbərovanın sözlərinə görə, qızını tək böyüdür. Həyat yoldaşı onları atıb. Ailənin maddi vəziyyəti çox ağırdır. İndi isə bu cür faciə ilə qarşılaşıblar. Bizsiz onlar bu dərdin öhdəsindən gələ bilməyəcək.
Nərgiz-Babayeva-Kərimovanın sözlərinə görə, Ələkbərovlar ailəsində baş verən bu faciədən xəəbərdar olan kimi Facebook-da Anjeyala kömək üçün vəsaitlərin toplanmasını təşkil edib.
Bank rekvizitləri:
Bank Respublika ACS Yasamal filialı
Kod : 511102 VOEN : 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Arzu Sarifova
İBAN: AZ70BRES00380194404059344701
MilliOn və E-manat : 380194404059344701
Şəxsiyyət vəsiqəsi № 04915656
USD BANK DETAILS FOR CURRENT ACCOUNT:
Intermediary Bank :
Deutsche Bank Trust Company Americas New York USA
SWIFT : BKTRUS33
Beneficiary Bank :
Bank Respublika OJSC
Baku/ Azerbaijan
SWIFT : BRESAZ22
Beneficiary :
Name: ARZU
Surname: SARIFOVA
IBAN: AZ64BRES00381184004059344702
Hər bir kəsə kömək əlini uzatmasını xahiş edirik. Körpə 1 yaş 10 aylıqdır. Onun sağalması üçün ümid yeri var.
Yuxarıda qeyd olunmuş bank rekvizitləri ilə hər kəs 1 manat ödəsə belə, balaca Anjelanı xilas etmək imkanı yaranacaq.
Əlaqə nömrəsi: (050) 611-62-02 (Nərgiz xanım).
Əl tutmaq Əlidən (imam) qalıb!
Tərcümə: S.Xankişiyeva