İrəvan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulmasına 2 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

İrəvan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulmasına 2 milyon manat ayrılıb

14:08 - 20 / 02 / 2019
İrəvan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulmasına 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

  1. Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

Paylaş:
669

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər